Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Nüfuzlu “Əl-Fəcr“ qəzeti Mehriban Əliyevadan yazdı

16:44  |    25 Avqust 2017  |   E-mail  |  Çapa göndər

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik “Əl-Fəcr” qəzetinin 24 avqust nömrəsinin bütöv bir səhifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr olunub.


Məqalədə Mehriban Əliyevanın dövlət xadimi və ictimai xadim kimi fəaliyyətindən, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətlərindən bəhs edilir, onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr qeyd olunur:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva böyük qayğı göstərdiyi müxtəlif sahələrdə, xüsusən humanitar sahədə mühüm xidmətlərinə görə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb. Mehriban Əliyeva yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulub və tərbiyə alıb. Onun babası Mir Cəlal Paşayev Azərbaycanın görkəmli ədəbiyyat xadimi, tanınmış yazıçı idi. Valideynləri Mehriban Əliyevanın milli və mədəni şəxsiyyətinin formalaşmasında əvəzsiz rol oynayıblar. Atası Arif Paşayev 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur, anası Aida İmanquliyeva mədəniyyət, dilçilik və şərqşünaslıq sahələrində tanınmış tədqiqatçı olub. Bütün bunlar Mehriban xanımda şeirə, musiqiyə və incəsənətə böyük maraq və sevgi yaradıb. Birinci xanım insanların, xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə nail olub, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayıb. Eyni zamanda, o, 2004-cü ildə təsis olunmuş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verməkdədir. Mehriban xanım uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına nail olub. O, uşaqlara göstərdiyi qayğı ilə yanaşı, ahıllara da xüsusi diqqət ayırır.

Heydər Əliyev Fondu mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirib, Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərib, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirib, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olub. Fond, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verir. Yaradıldığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış