Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Türkiyədə MİT birbaşa prezidentə tabe olacaq

16:00  |    25 Avqust 2017  |   E-mail  |  Çapa göndər

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində bir sıra qərarlar qəbul edilib.

Virtualaz.org bildirir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.


Dəyişikliyə əsasən, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ölkə prezidentinin birbaşa tabeliyinə verilib.

Milli İstihbarat Təşkilatı rəhbərinin başçılıq etdiyi MİT Əlaqələndirmə Qurumuna da bundan sonra prezident sədrlik edəcək.

Qeyd edək ki, indiyə qədər MİT rəhbəri Nazirlər Kabinetinin üzvü olmaqla yanaşı təyinatı parlamentdə təsdiqlənirdi.

Sənədlərdə həmçinin qeyd olunur ki, ölkə kəşfiyyatının rəhbəri yalnız dövlət başçısının sərəncamı əsasında məhkəməyə göstəriş verə bilər.

Sənədə görə, bundan sonra Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı bütün xidməti informasiyaları MİT toplayacaq, təhlil edəcək və aidiyyatı qurumlara ötürəcək.

Daha bir vacib məqam. Qəbul edilən qərarla parlamentlə əlaqədar da bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, deputatlara qarşı istintaq seçkilərə qədər və ya seçkilərdən sonra aparıla bilər.

Bütün bunlarla yanaşı, qərara əsasən, Türkiyə yüksək təhsil qurumlarından 120 elm adamı, Müdafiə Nazirliyinin 19, Silahlı Qüvvələrin Baş Qərargahının 1, Quru Qoşunları Komandanlığının 106, Dəniz Qüvvələri Komandanlığının 40, Hava Qüvvələri Komandanlığının 59 əməkdaş işdən azad edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək