Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

ABŞ-da gündəlik neft hasilatı tarixi rekord həddə yaxınlaşır

01:14  |    25 Avqust 2017  |   E-mail  |  Çapa göndər


Son iki ayda ABŞ-da aktiv neft quyularının sayında, əsasən, sabitlik müşahidə olunsa da, gündəlik neft hasilatı artmağa davam edir.

"Report"un analitik qrupu xəbər verir ki, bunun səbəbi fəaliyyətdə olan neft quyularının məhsuldarlığının artması ilə izah olunur. Belə ki, son iki ayda ABŞ-da aktiv neft quyularının sayı 760 ədədə yaxın olub. İyun ayının 23-də 758 ədəd olan aktiv neft quyularının sayı avqustun 18-nə 763 ədəd təşkil edib. Lakin iyunun 23-də gündəlik neft hasilatı 9,250 mln. barel olduğu halda, avqustun 18-nə hasilat 278 min barel/gün və ya 3% artım göstərərək 9,528 mln. barel/günə çatıb. Bu isə son 25 ayın maksimal səviyyəsidir.
Qeyd edək ki, hasilatın tarixi rekord həddi 2015-ci il iyunun 5-də qeydə alınıb və 9,610 mln. barel/gün təşkil edib. Cari neft hasilatının tarixi rekord həddən 82 min barel/gün və ya 0,85% ayırır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, aktiv neft quyularının sayının maksimal həddi isə 2014-cü il oktyabrın 10-da 1 609 ədəd olub. Hazırda aktiv neft quyularının sayı tarixi rekord həddən 846 ədəd və ya 52,6% aşağıdır. Bu da onu göstərir ki, aktiv neft quyularının sayı tarixi rekord həddən 2,1 dəfə az olsa da, gündəlik neft hasilatı demək olar ki, tarixi rekord həddə çatıb. Yəni məhsuldarlıq ən azı 2 dəfə artım göstərib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq