Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Səudiyyə Ərəbistanı Qətərdə çevriliş etməyə hazırlaşır

19:13  |    23 Avqust 2017  |   E-mail  |  Çapa göndər

Səudiyyə Ərəbistanının başçısı kral Salmannın Qətər şeyxi Abdullah ibn Əli ilə bir araya gəlməsi siyasi arenada ortaya cavabsız suallar atıb.


Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Qətərə qarşı yeni həmlə etməsi ehtimal edilir.

5 iyunda başlanan böhranla bağlı bu günə qədər Qətər hökumətinin aparıcı səlahiyyət daşıyan şəxslərindən heç kim ölkəsinə blokada tətbiq edən Səudiyyə Ərəbistanı kralı ilə görüşməmişdi.

Kralın ilk dəfə Qətər şeyxi ilə keçirdiyi bu görüşdən dərhal sonra Səudiyyə Ərəbistanı Həcc ziyarəti etmək istəyən Qətər vətəndaşlarına qapılarını açacağını elan edib. Səudiyyə Ərəbistanının hökumət nümayəndələri bu qərarda qətərli şeyxin təsirinin olduğunu deyib.
Qeyd edək ki, Şeyx Abdullah hazırki Qətər əmiri Şeyx Təmim ibn Həməd əl Saninin atasının əmisioğludur. Rəsmi Qətər isə Şeyx Abdullahın hökuməti təmsil etmədiyini qeyd edib.

Məhz bu açıqlamadan sonra Səudiyyə Ərəbistanın Qətərdə hökumət çevrilişi edəcəyi ehtimalları üzə çıxıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq