Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

6 rayonunda səyyar protez xidməti göstəriləcək

15:21  |    01 May 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərər görə, Azərbaycanın 6 rayonunda səyyar şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini gələn həftə 6 rayonda davam etdirəcək.

ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9.00-dan 13.00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14.00-dan 18.00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mərkəz tərəfindən səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.

Məlumat üçün bildirək ki, qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və ötən dövrdə 2 min nəfərdən çox şəxsi səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb