Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Nüvə müharibəsi baş verəcəkmi? - MKİ-dən açıqlama

21:23  |    14 Avqust 2017  |   E-mail  |  Çapa göndər

MKİ Rəhbəri Pompeo Şimali Koreyanın nüvə sınaqlarının davam edə biləcəyini söyləyib. Həmçinin əllərində müharibə olacağına dair məlumat olmadığını deyib.


Qaziler.az Moderator.az-a istinadən bildirir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sədri Mike Pompeo Şimali Koreyanın nüvə sınaqlarının davam edəcəyini, ancaq Şimali Koreya ilə bir nüvə müharibəsinin astanasında olduğuna dair əllərində bir kəşfiyyat məlumatı olmadığını söyləyib.

Pompeo Fox News Sunday televiziya kanalına gündəmə dair bəyanatlar verib.

Şimali Koreyanın nüvə silahı işlərinə davam etdiyini bildirən MKİ rəhbəri "Şimali Koreya nüvə tutumuna nail olmağa yaxınlaşır. Təxminən 20 ildir ki, çalışırlar və yaxınlaşırlar" deyib.

Pompeo Şimali Koreyanın ABŞ-a yaxın zamanda hücum edib-etməyəcəyi istiqamətindəki suala "Şimali Koreya ilə nüvə müharibəsi içində olmağımızı tələb edən bir nöqtədə deyilik. Əlimizdə bu istiqamətdə bir kəşfiyyat məlumatı yoxdur" deyə cavab verib.

Prezident Donald Trampın rəhbərliyinin Şimali Koreyaya qarşı yürütdüyü diplomatik işlərdən ağızdolusu bəhs edən Pompeo Tramp rəhbərliyinin fəaliyyəti nəticəsində Şimali Koreyanın regionda daha da təkləndiyinə diqqət çəkib.

Pompeo "Artıq Çin də regionda nüvə silahı olmaması lazım olduğunu söyləyir" deyə bildirib.

Şimali Koreyanın nüvə silahı sınaqlarına davam edəcəyinə inandığını ifadə edən Pompeo, bu ölkənin hər sınaqda təcrübəsini artırdığını qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?