Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Şimali Koreyanın yeni həmləsi — Səfirlərini geri çağırdı

19:08  |    14 Avqust 2017  |   E-mail  |  Çapa göndər

ABŞ və Şimali Koreya arasında davam edən gərginlikdə yeni səhifə açılıb.


Qaziler.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn Rusiya və BMT-dəki nümayəndələrini geri çağırıb. Mütəxəssislərin fikrinə görə bu həmlədən sonra hərbi addım haqqında qərar mərhələsi olacaq.

Ehtimal edilir ki, söz duelindən sonra hər iki ölkə lideri bağlı qapılar arxasında planlar qururlar. Şimali Koreya 3-cü kritik nümayəndəsini Pxenyana çağırıb. Şimali Koreyanın Çin, BMT və Rusiyadakı səfirləri də paytaxta çağırılıb. Diplomatlar saatlarla davam edən iclaslarda iştirak ediblər.

Pxenyanın rəsmi xəbər agentliyi bildirir ki, Şimali Koreya diplomatların paytaxta qayıtmasından sonra böyük bir iclas keçirib. İclas bir neçə saat davam edib. Amma iclasda neçə səfir və nümayəndənin iştirak etdiyi barədə məlumat verilmir.

Ehtimala görə iclasda Şimali Koreyanın növbəti həmlələri və atacağı hərbi addımlar planlaşdırılır. İclasdan sonra Şimali Koreyanın yeni bir nüvə sınağı və raket hücumu haqqında planı olacağı iddia edilir.

Şimali Koreyanın naziri isə açıqlama verərək iclasın adi bir iclas olduğunu qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?