Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Dünya planşetlər bazarında azalma davam edəcək

19:54  |    30 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, "Digitimes Research” analitik şirkətinin proqnozuna görə, 2015-ci ilin ikinci rübündə dünyada planşet kompüterlərin tədarük həcmi əvvəlki rübdəki kimi eyni səviyyədə olsa da, bir il əvvəlki göstərici ilə müqayisədə təxminən 10 faiz azalacaq.

Analitiklərin qiymətləndirməsinə görə, planşet istehsalçıları aprel-iyunda ümumilikdə 49,3 milyon planşet tədarük edəcək.

Qeyd olunan həcmdə “Apple” şirkətinin payı 9,8 milyon qurğu təşkil edəcək. İllik hesablamada “iPad” planşetinin tədarükü 30 faiz azalacaq.

Eyni zamanda “white-box” sxemi üzrə işləyən və firma markası bilinməyən məhsullar buraxan istehsalçılar 20 milyon planşet tədarük edərək “Apple” və digər brend istehsalçılardan daha yaxşı dinamika nümayiş etdiriblər.

Brend istehsalçılar barədə danışan analitiklər əlavə ediblər ki, onların planşet qurğularının tədarük həcmi 19 milyon ədəd səviyyəsində gözlənilir. Mütəxəssislər “Samsung” şirkətinin bazarda gələcəkdə daha da möhkəmlənəcəyini və bazarın lideri “Apple”dan geriliyi azaldacağını proqnozlaşdırırlar.

“Digitimes Research” ekspertləri həmçinin 2015-ci ilin yanvar-martında dünya planşetlər bazarında tədarükün xeyli azalmasını bildiriblər. Qeyd olun müddətdə 49,08 milyon qurğu tədarük edilib ki, bu da ötən rübdən və bir il əvvəldən müvafiq olaraq 35,3 və 15,3 faiz azdır. Bu həcmə 12 milyon “iPad”, digər brend istehsalçıların 19,1 milyon planşeti, eləcə də "white-box” kateqoriyasından olan 18 milyon qurğu daxildir, - "DailyComm” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb