Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb

00:40  |    30 İyul 2017  |   E-mail  |  Çapa göndər

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb.


Qaziler.az APA-ya istinadənxəbər verir ki, proqrama uyğun olaraq iyulun 29-da Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə konsert olub. “Gənclərə dəstək” adlı bu konsertdə səhnə gənc musiqiçilərin ixtiyarına verilib. Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri Züleyxa Usubova (piano), Şeyda Ələsgərova (fleyta), Cəmilə Əsgərzadə (violin), Aytən İbrahimova (violin), Nərmin Rzayeva (piano), Mahir Tağızadə (bariton), İlahə Sadıqzadə (piano) çıxış edib.

Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə 2016-cı ildə yaradılan “Clarte” klarnet kvartetinin gənc üzvləri Anar Məmmədov, Məmməd Rəcəbli, Emil Bağırov, Şərif Bağırovun çıxışı da maraqla qarşılanıb. Musiqiçilər Avropa və Azərbaycan bəstəkarlarından A. Vyetanın “Rondino”, F. Əmirovun “Məhəbbət rəqsi”, K. Sen-Sansın “Rondo kapriççiozo”, İ. Dobrineskunun “The Lark”, İ. Ştrausun “Perpetuum mobile”, C. Robenin “Klezmen rəqsi”, A. Bazzininin “Cırtdanların yallısı”, F. Listin “Macar rapsodiyası”, S. Nəzərovun “5 Pyes”, Q. Qarayev və C.Hacıyevin “Vətən operasından Mərdanın ariyası”, V. A. Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyasını səsləndiriblər. Konsert proqramı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 3-dək davam edəcək beynəlxalq musiqi festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər - Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcək. Festival günlərində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri, Tələbə Simfonik Orkestri, “Femusa” kamera orkestri, “Clarte” klarnet kvarteti, “Furioso” kvartetinin konsertləri olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”