Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

Gəncədə insan alveri ilə bağlı tədbir keçirilib

20:48  |    29 İyul 2017  |   E-mail  |  Çapa göndər

Gəncə şəhərində BMT-nin Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.


Tədbir Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə təşkil olunub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov, USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rendol Olson, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib. İnsan həyatının xilas olunmasının önəmindən danışan S. Aktoprak bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Gəncə Şəhər İH başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov insan alveri və qanunsuz miqrasiya ilə bağlı əməkdaşlıq etməyin vacibliyini vurğulayıb, Gəncədə həmin sahədə görülən işlərdən danışıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlərin ilbəil azaldığını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rendol Olson əməkdaşlığın əhəmiyyətini vurğulayaraq yalnız bu yolla insan alverinin qarşısını almağın mümkün ola biləcəyini deyib.

Plenar iclas şəklində davam edən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında birgə bəyannamə imzalanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var