Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

“Bakcell“ Cocuq Mərcanlı sakinləri üçün pulsuz danışıq tarifi müəyyən edib

18:13  |    28 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.


Qaziler.az “Report”-a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, ötən həftə Cocuq Mərcanlıya səfər edən “Bakcell” əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli “Bakcell” nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər “Bakcell” nömrələri ilə isə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.

Azərbaycan Prezidentinin I dərəcəli “Əmək ordeni” ilə təltif olunan Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də "Bakcell" tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Xatırladaq ki, bu ilin may ayında “Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün "Bakcell" burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri tamamlayıb.
Xatırladaq ki, 5 300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Füzulimi yaddaşlara köçürən son oğlan...” - İqbal Ağazadə Etibar Babayevlə bağlı XATİRƏSİ
03.07.2020
Milli Qəhrəman Asif Məhərrəmovun anım günüdür
03.07.2020
Unudulmaz döyüşçü - Milli Qəhrəman Koroğlu Rəhimov - FOTOLAR
02.07.2020
Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili
02.07.2020
Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edildi