Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Gürcüstan parlamenti etimad səsverməsi keçirəcək

15:23  |    30 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bu həftənin sonuna qədər Gürcüstan parlamentində yeni hökumətin tərkibinin təsdiqlənməsi üçün etimad səsverməsi keçirilə bilər.

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu parlament çoxluğunun lideri David Saqanelidze deyib. “Baş nazir nazirlərin adlarını müəyyən etdikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi prezidentə veriləcək. Mümkündür ki, prezident sabah siyahını bizə göndərsin. Parlament komitələri iki gün ərzində bu məsələni müzakirə edəcək. Hökumətin şənbə və ya bazar günü təsdiqlənməsi mümkündür”, – deyə o, söyləyib. Parlamentin sədr müavini Zviad Dzidziquri isə hökumətin etimad alması üçün hər hansı problemin olmadığını söyləyib.

Qeyd edək ki, aprelin 29-da gənclər və idman naziri Levan Kipiani istefa verdikdən sonra Konstitusiyaya əsasən hökumət istefa getmiş sayılıb. Belə ki, Nazirlər Kabineti fəaliyyətdə olduğu müddət ərzində tərkibin üçdə biri (7 nazir) istefa verərsə, hökumət istefa getmiş sayılır. L. Kipiani isə ötən müddət ərzində vəzifəsindən istefa verən 7-ci nazir olub.

Baş nazir İrakli Qaribaşvili yeni hökumətdə yalnız 2 yeni nazirin olacağını açıqlayıb. O, gənclər, idman naziri və təbii ehtiyatlar, ətraf mühit nazirlərinin dəyişəcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var