Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6891

Digər sorğular

Saakaşvilidən Poroşenkoya cavab: “Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz”

14:37  |    27 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mən bir ölkənin vətəndaşıyam, o da Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”.


APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb.

“Ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq! Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”, Saakaşvili qeyd edib.

O, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Qarailan təşvişdə: PKK üçün böyük itki
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi