Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6891

Digər sorğular

Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib

01:00  |    27 İyul 2017  |   E-mail  |  Çapa göndər


Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb.

Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.

M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.

Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Qarailan təşvişdə: PKK üçün böyük itki
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi