Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6891

Digər sorğular

ABŞ: Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir, Trampın səlahiyyəti məhdudlaşdırılır

16:03  |    26 İyul 2017  |   E-mail  |  Çapa göndər

ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və Prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib.

Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub. Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün Prezidentə göndəriləcək.

Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.

Telekanal qeyd edir ki, Moskva ilə sövdələşməyə dair yeni ittihamlar Trampın yaxın ətrafı tərəfindən onun Hamburqda Putin ilə görüşündən dərhal sonra irəli sürülüb. RF Dövlət Dumasında bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Qarailan təşvişdə: PKK üçün böyük itki
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi