Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

ADU-da Yay məktəbi uğurla davam edir (FOTO)

14:48  |    26 İyul 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirir.


Qaziler.az Trend-ə istinadən bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qərarına əsasən, ödənişsiz təşkil olunan builki yay semestrində mühüm yeniliklər tətbiq olunub.

ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı Mərkəzinin direktoru Rəna Fərəcovanın sözlərinə görə, bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb: “Onlayn qeydiyyat universitetimizdə ilk dəfə tətbiq olunub və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb”.

Yay məktəbinin rəhbəri, Təhsil fakültəsinin dekan müavini Bənövşə Məmmədova deyir ki, məktəb 102 qrup üzrə təşkil olunub, prosesə 61 müəllim cəlb edilib: “Rektorumuzun Təhsil, Tərcümə, Filologiya və jurnalistika, Regionşünaslıq və beynəlxalq münasibətlər, Magistratura fakültələrində yay semestrinin ödənişsiz keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndiririk. Qeyd etmək istərdim ki, 2016-2017-ci tədris ilində yay semestrinin ödənişsiz təşkil olunmasında məqsəd əvvəlki semestrlərdən akademik borcu olan tələbələrin kredit borclarının əlverişli, rahat və dinamik şəkildə ödənilməsini təmin etməkdir. Bu il Yay məktəbində yalnız ADU tələbələri deyil, ölkəmizin Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti, həmçinin Kanadanın Toronto Universitetinin tələbələri iştirak edir”.

ADU-nun II Xarici dil kafedrasının baş müəllimi Rəhimə Babayeva tələbələrin dərslərdə çox fəal iştirak etdiyini diqqətə çatdırıb: “Mən rektor Kamal Abdullanın Yay məktəbinin ödənişsiz keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndirirəm. Tələbələrin vəziyyətini nəzərə alaraq belə təşəbbüsün irəli sürülməsi humanist addımdır. Tələbələr əvvəlki illərdə keçirilən yay məktəbləri ilə müqayisədə dərslərdə daha fəal iştirak edirlər və mən ümid edirəm ki, bu, onların imtahanları uğurla verməsinə şərait yaradacaq”.

Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Sədəf İsmayılovanın sözlərinə görə, bir ay ərzində dərslərdə mütəmadi iştirakın nəticəsi olaraq onlar imtahanı uğurla keçmək şansı əldə edirlər: “Maddi vəziyyətimizi nəzərə aldığına, bu il keçirilən Yay məktəbinin ödənişsiz olmağına görə universitet rəhbərliyinə çox minnətdaram. Bu şansı dəyərləndirib imtahandan keçmək üçün dərslərimə daha ciddi yanaşıram”.

Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Gülnarə Cəfərova da Yay məktəbinin ödənişsiz olmasını müsbət hal kimi qiymətləndirərək bu məsələdə ADU-nun digər universitetlərə örnək olduğunu vurğulayıb. Bildirib ki, bu qərardan sonra tələbələrin məsuliyyəti artıb, bunu görən müəllimlər isə işlərinə daha ürəkdən can yandırırlar.

Xatırladaq ki, ADU-da yay semestri iyulun 18-dən etibarən başlayıb. Yay semestri 5 tədris həftəsi və 1 həftə imtahan sessiyasından ibarət olmaqla 25 avqust 2017-ci il tarixinə qədər davam edəcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
02.07.2020
I sinifə gedənlər ildə 2 dəfə dərslik alacaq - DƏYİŞİKLİK
02.07.2020
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
30.06.2020
Buraxılış imtahanlarının nəticələri elan olundu
30.06.2020
Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO