Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

“Azərışıq“ın sədri görüləcək işləri AÇIQLADI

00:00  |    30 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Xaçmaz şəhərində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyi və şimal bölgəsində yerləşən rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə toplantı keçirilib.

QAZILER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, toplantıda “Azərişıq” ASC-nin sədri Baba Rzayev cəmiyyətin gələcək fəaliyyəti ilə bağlı hazırlanan 4 bənddən ibarət inkişaf proqramı haqqında danışıb. Bildirilib ki, inkişaf proqramın birinci - reablitasiya mərhələsində mövcud imkanları səfərbər edib enerji təchizatındakı problemləri aradan qaldırmaq nəzərdə tutulub. Bununla da enerji təminatı zamanı baş verən açılmaları iki dəfəyədək azaltmaq mümkün olacaq.

Diqqətə çatdırılıb ki, inkişaf proqramının ikinci bəndində mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması nəzərdə tutulub. Bununla bağlı prezident İlham Əliyev xüsusi göstəriş verib və bu mərhələdə görüləcək işlərin həcmi olduqca böyükdür. Mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması üçün Dünya Bankı və Asiya İnkişaf Bankı ilə qarşılıqlı əməkdaşlıq edilməsi üçün danışıqlar aparılır.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev inkişaf proqramının üçüncü bəndinin 2025-ci ilədək prespektiv inkişaf planından ibarət olduğunu diqqətə çatdırıb. Burada söhbət göstərilən vaxt ərzində dairəvi, ikişüalı, dayanıqlı sxemin hazırlanmasından gedir.
İnkişaf proqramının sonuncu bəndində isə “Azərişıq” ASC-nin iş fəaliyyətində və idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi öz əksini tapıb.

Toplantıda son iki ayda şimal bölgəsinin enerji təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər barəsində də məlumat verilib. Bildirilib ki, bu bölgədə qısa zaman ərzində 21 min 715 metr 0,4 kilovoltluq (kV) elektrik xətləri çəkilib, 1176 dayaq basdırılıb. Enerji təchizatında keyfiyyətin artırılması məqsədilə bölgədə 8 ədəd 35 kV-luq, 4 ədəd isə 110 kV-luq yarımstansiyalar inşa olunacaq.
Sonra rayon icra hakimiyyəti başçıları mövcud vəziyyət haqqında məruzə edib, problemlər barədə məlumat verib, təkliflərini səsləndiriblər.

Mövcud vəziyyətin daha dəqiq qiymətləndirilməsi üçün rayonların baş planlarının “Azərişıq” ASC-yə təqdim olunması tövsiyə edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
"Qazilərin sığorta pulu verilməlidir" - Firidun Məmmədov
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI