Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Qarabağın adı Türkiyənin daha bir şəhərində əbədiləşdirilib

14:50  |    24 İyul 2017  |   E-mail  |  Çapa göndər

Türkiyənin Aksaray vilayətində Qarabağ parkının və orada ucaldılan “Xarı bülbül” abidəsinin açılışı olub.


Bu münasibətlə təşkil olunan açılış mərasimində rəsmi şəxslər və yerli sakinlər iştirak ediblər.

Aksarayın mərkəzində yerləşən Qarabağ parkının salınması millət vəkili Qənirə Paşayevanın təşəbbüsü əsasında Aksaray bələdiyyə məclisinin qərarı ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ucaldılan “Xarı bülbül” abidəsinin müəllifi tanınmış heykəltəraş Akif Əsgərovdur.

Yalnız Qarabağda bitən, bülbülə oxşayan “Xarı bülbül” çiçəyi abidəsinin üzərində Xocalı faciəsinə görə fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natəvanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın, o cümlədən qədim Şuşanın tarixi yerləri öz əksini tapıb.

Açılış mərasimindən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” keçirilib.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva açılış mərasimində və gecədə çıxış edib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə arasındakı əlaqələrin inkişafı üçün həyata keçirdiyi tarixi missiyadan, Prezident İlham Əliyevin Türkiyədə baş verən proseslərə göstərdiyi həssas münasibətdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən danışıb. Qeyd edib ki, iki qardaş ölkə və xalq arasındakı münasibətlər bütün dünya üçün nümunədir.

Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alıxanlı kəndində yaşayış məntəqələrinin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin gün qətlə yetirilən iki yaşlı Zəhra Quliyevanın fotosunu nümayiş etdirib, bu hadisəni amansız cinayət adlandırıb.

Tədbir Azərbaycandan olan musiqi qrupunun maraqlı ifalarından ibarət bədii hissə ilə davam edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO
12.11.2019
Azərbaycanlı nazirlərin əcnəbilərlə ailə quran övladları - VİDEO
09.11.2019
AĞ ADAMIN HƏDİYYƏSİ
05.11.2019
Baş həkim: “Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir”
31.10.2019
"Arvadım mənə xəyanət edib" - Səyavuş Aslanın oğlu