Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6659

Digər sorğular

Yanğın baş verən universitetdə imtahan verən abituriyentlər yenidən imtahan verəcəklər

19:05  |    22 İyul 2017  |   E-mail  |  Çapa göndər


Dövlət İmtahan Mərkəzi bu gün yanğın hadisəsi baş verən Kooperasiya Universitetində abituriyentlər üçün keçirilən qəbul imtahanları ilə bağlı məlumat açıqlayıb.

DİM-dən APA-ya verilən məlumatda bildirilir ki, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda, Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Qeyd olunub ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub:

"Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
23.01.2020
“26 il idi ki, qəbrini axtarırdıq” - Kimliyi bilinən şəhidin qardaşı
23.01.2020
Azərbaycanda qəndə ağardıcı maddə qatan xarici vətəndaş ifşa olunub
23.01.2020
Sabahın hava proqnozu
23.01.2020
Qənirə Paşayeva Qovlar şəhərində seçiciləri ilə görüşdü - FOTOLAR