Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

Havanın temperaturu aşağı enəcək, yağış yağacaq

17:22  |    22 İyul 2017  |   E-mail  |  Çapa göndər


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Axşam dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°,

Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

İyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi gözlənilir.

Rayonlarda yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

İyulun 23-ü gündüzdən 25-dək bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° aşağı enəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi
07.12.2019
“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA
07.12.2019
Əlilliyi olan şəxslərin iştirakı ilə “Solğun sevgilər” tamaşasının premyerası olub - FOTOLAR
07.12.2019
Ümid Partiyası parlament seçkilərinə gedir
07.12.2019
Şahin Mustafayevə yeni vəzifə verilib