Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Həsən bəy Zərdabinin qəbri niyə 3 dəfə dəyişdirilib?

15:08  |    22 İyul 2017  |   E-mail  |  Çapa göndər


“Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edəndə onu Bibiheybətdə dəfn etdilər. Çünki ora orta əsrlərdən bu yana müqəddəs bir yer hesab olunurdu. Dövrün alimləri, üləmaları, şeyxləri orada dəfn olunurdu. 10 km-dən çox yolu qət edərək, onu çiyinlərdə son mənzilə yola saldılar”.

Amma bir gün… Daha doğrusu keçən əsrin 30-cu ağır repressiya illərində qəbiristanlıqdakı məzarları da “repressiya edirlər”. Elan verirlər ki, kimin burada yaxınları varsa, gəlib öz ölüsünü aparıb ayrı yerdə basdıra bilər. Həsən bəy Zərdabinin də burada kimi var idi ki? Qoy, bunu Tahir müəllim desin:
“O vaxtı dərsdə mərhum professor Abbas Zamanov bu haqda bizə ötəri danışmışdı. Deyirdi ki, Bibiheybət məscidi repressiya illərində yol çəkmək adıyla uçuruldu.. Xəbər etdilər ki, kimin varisləri varsa, kimin burada yaxınlarının nəşi varsa, gəlib aparsınlar. O zaman Zərdabinin böyük oğlu Müzəffər yeni repressiya olunmuşdu. Böyük qızı Pəri xanım isə həyat yoldaşı Əlimərdan bəy Topçubaşovla Parisdə mühacirətdə idilər. Kiçik oğlu Səffət isə Türkiyədə mühacirətdə idi. Bircə kiçik qızı Qəribsoltan Bakıda idi. O da bir-iki muzdlu fəhlə tutub Həsən bəyin nəşinin qalıqlarını çıxarır və bir taxta yeşiyə yığdırır. 1929-cu ildə rəhmətə gedən anası Hənifə xanımın ayaqları altında torpağa basdırır. Orada ona görə basdırırlar ki, bir nişanə qalsın. Çünki Həsən bəyi açıq-aşkar dəfn etmək təhlükəli idi. Necə də olmasa repressiyaya uğramış ailə idilər”. Zərdabinin o dünyalıq ikinci mənzilinin da tarixi belə başlayır. Həsən bəy düz 20 il həmin məzarlıqda uyuyur. Nəhayət, tarix dəyişir, artıq Stalin kabusu yox olur. Dövrün görkəmli alimləri Mərkəzi Komitədə söz sahiblərindən biri olan, elm və mədəniyyətə dərin rəğbəti ilə seçilən Şıxəli Qurbanovdan Zərdabinin də xahişini edirlər. Şıxəli Qurbanov nəinki bu təkliflə razılaşır, hətta onların belə, etmədiyi bir işi edir. Həsən bəy Zərdabinin qızını birtəhər yola gətirə bilirlər. Daha doğrusu onlar yox, Qəribsoltanın evində yaşadığı məşhur bəstəkar və bir zamanlar mədəniyyət naziri olmuş Rauf Hacıyev bunu bacarır. Öyrənirlər ki, Həsən bəy Zərdabinin nəşi filan qəbiristanlıqda, Hənifə xanımın məzarının ayaq tərəfindədir. Amma bundan sonra da məzarı tapmaq asan olmur: “Abbas müəllim, deyirdi ki, o qəbiristanlığa gediblər. Deyilən yerdə ha axtarıblar, bir şey tapa bilməyiblər. “Oranı qazırıq, buranı qazırıq, ortada heç nə yox idi. Axırda tələbələrdən biri kənar bir yerdə ayağı nəyəsə ilişdi. Bir az dərindən qazandan sonra gördük ki, məzarın ayaq tərəfində taxta yeşik var. İçində sümükləri görəndə nə tələbələr, nə də mən göz yaşlarımızı saxlaya bildik”,-deyə Abbas Zamanov mənə bildirmişdi.
Nəhayət Zərdabinin sümüklərini Fəxri Xiyabana gətirib dəfn edirlər. Daha sonra Həsən bəy Zərdabinin məzarı üstünə büst də qoyulur”.

Elmin Nuri (Azərbaycan tarixi)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”