Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6666

Digər sorğular

Ədliyyə Nazirliyinin 20 əməkdaşı məsuliyyətə cəlb olunub

01:43  |    22 İyul 2017  |   E-mail  |  Çapa göndər


Bu ilin birinci yarısında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə Ədliyyə Nazirliyi İcra Xidmətinin 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib. Müşavirədə bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2020
Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB
27.01.2020
SHXÇDX vətənpərvərlik təbliğatı ilə bağlı daha bir layihəyə start verdi
27.01.2020
Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”
27.01.2020
Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir
27.01.2020
Qalmaqallı dairədə yeni təyinat