Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

“Xalqla Ordu əl-ələ” hərbi vətənpərvərlik marafonu davam edir

20:40  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər

Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə təşkil etdiyi "Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonu davam edir.


Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir şəhərindəki Bayraq meydanında marafonun açılışına həsr olunmuş mərasim keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə ehtiramlarını bildiriblər.

Bayraq meydanının yay teatrında keçirilən hərbi vətənpərvərlik marafonunda layihə müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bir ay davam edəcək marafonun mahiyyətindən, respublikanın müxtəlif bölgələrində təşkil ediləcək silsilə tədbirlərdən danışıb.

Qeyd olunub ki, bu tədbirlər xalqla ordunun birlik və həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edəcək, həm xalqı, həm də Silahlı Qüvvələrin şəxsi heyətini Azərbaycan naminə, Qarabağ uğrunda mübarizədə Ali Baş Komandanın əmrlərinə hər an hazır olmağa səsləyəcəkdir.

Nəzərə çatdırılıb ki, əbədiyaşar Ali Baş Komandanımız Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalq ilə ordunun birliyinə həmişə xüsusi önəm verərək dəfələrlə deyərdi ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də ordu ilə xalqın monolit birliyi məsələlərinə bu gün xüsusi diqqət yetirir və Ali Baş Komandanımızın rəhbərliyi altında bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayıb, belə bir möhtəşəm tədbirin açılışının Şəmkir şəhərində reallaşdırıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə şəmkirlilər adından minnətdarlığını bildirib. O, tədbir iştirakçılarını əmin edib ki, şəmkirlilər bundan sonra da ordu hissələri ilə əlaqələrini daha da genişləndirəcək, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olacaqlar.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Şəmkirlilərə ordumuza daima dəstək olduqlarına, ordumuzun uğur və nailiyyətləri ilə qürur hissi keçirdiklərinə, ordumuz üçün layiqli əsgərlər tərbiyə etdiklərinə görə təşəkkürünü bildirib.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, eləcə də yerli özfəaliyyət kollektivlərinin iştirakı ilə hərbi vətənpərvərlik mahnı və marşları, kütləvi rəqslər ifa edilib.
"Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonunun estafetini gəncəlilər və tovuzlular da böyük coşqu ilə qəbul edərək möhtəşəm tədbirlərdə ordumuzla həmrəy olduqlarını bir daha nümayiş etdiriblər.

Hərbi vətənpərvərlik marafonu davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq