Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Bakıda “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgi açılıb

20:03  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türkiyəli fotoqraf Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı foto-sərgisi keçirilir.


Türkiyə səfirliyinin Mədəniyyət və təqdimat müşavirliyindən APA-ya verilən məlumata görə, institutun binasında sərginin açılış mərasimi olub.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təşkil olunan fotosərginin Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafına kiçik bir töhfə olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı Mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi isə bildirib ki, bu sərgi 15 iyul çevriliş cəhdinin ildönümü ilə bağlı təşkil olunan Demokratiya və milli birlik günü tədbirləri çərçivəsində təşkil olunur.

Türkiyə Səfirliyi tərəfindən həftə ərzində silsilə tədbirlərin davam etdiriləcəyini deyən İ.Çiftçi qeyd edib ki, bundan sonra da Yunus Əmrə İnstitutu ilə birgə əməkdaşlıq davam etdiriləcək.

Fotoqraf S.Döğer çıxış edərək bildirib ki, fotosərgidə Türkiyənin bir-birindən gözəl tarixi və mədəni məkanları öz əksini tapıb.

Fotoqrafiya sənətinin incəliklərindən danışan S.Döğer qeyd edib ki, bu sərgi vasitəsilə vətəni Türkiyənin gözəlliklərini bütün dünyaya nümayiş etdirmək niyyətindədir: “Bu məqsədlə ilk sərgini qardaş Azərbaycanda keçirməyi qərara aldıq. İnanıram ki, bu sərgi hər kəsdə Türkiyə haqqında xoş təəssüratlar oyadacaq”.

S.Döğerin öz obyektivi ilə Türkiyənin müxtəlif bölgələrində çəkdiyi 30-dan çox əsərinin nümayiş etdirildiyi sərginin açılış mərasiminə çox sayda sənətsevər qatılıb.

Qeyd edək ki, sərgi iyulun 23-də başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
"Xınalıq" UNESKO-nun Dünya İrs Siyahısına daxil edilir
02.07.2020
“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu...
18.06.2020
Hacıbaba Bağırovun xanımı və qızı illər sonra - VİDEO
12.06.2020
Teymur Mustafayevin nəvəsi: “Koronavirusdan yox, şəkərli diabetdən ölüb”
12.06.2020
Teymur Mustafayev torpağa tapşırılıb