Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü qeyd edilib

19:00  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər

İyulun 21-də Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aparatın məsul işçiləri, “Azərbaycan”, “Xalq”, “Respublika”, “İki Sahil”, “Yeni Azərbaycan”, “Kaspi”, “Yeni Müsavat” və digər qəzetlərin, AZƏRTAC, Səs informasiya agentliklərinin, AzTV, İctimai, ATV, Xəzər, Lider televiziya kanallarının, “Trend”, “Day.az” və digər xəbər saytlarının əməkdaşları iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov milli mətbuatımızın yaranmasından 142 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edib. Qeyd edib ki, 142 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib.

S.Mikayılov ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırıldığını, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb. Bu gün də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün dövlətimizin başçısı tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən KİV nümayəndələri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Sonda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq