Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Köçkün jurnalistin qızı beynəlxalq festivalda qalib gəlib - FOTOLAR

17:30  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər

İyul ayının 6-dan 13-ə qədər Gürcüstanın Barjomi şəhərində VI “Harmoniya” Beynəlxalq Müsiqi Festivalı keçirilib.


Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, festivalda Azərbaycan,Türkiyə, ABŞ, Qazaxıstan, Ermənistan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Hər ilin iyul ayında Barjomidə keçirilən festivalda musiqi məktəblərinin şagirdləri iştirak edərək klassik və müasir solo, fortepiano, skiripka və digər alətlər üçün yazılmış əsərləri ustalıqla nümayiş etdiriblər.

Hər il olduğu kimi, bu il də Azərbaycanın müxtəlif musiqi məktəblərinin şagirdləri festivalda aktiv iştirak edərək, müxtəlif nominasiyalar üzrə qalib olublar. Belə şagirdlərdən biri də Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin üçüncü sinif şagirdi Əminə Yaqut Nəsirlidir. Balaca pianoçu bəstəkarlar Azər Dadaşovun “Məzəli rəqs” və Aleksandr Qrikin “Yolsterin rəqsi” əsərlərini uğurla ifa edərək, Münsiflər Heyətinin qərarı ilə festivalın lauriatı adını qazanıb. Şagirdimiz ən yaxşı ifa və səhnə performansına görə yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu ilki yarışma ötən ilkilərə nisbətən gərgin keçib. Səbəb yarışmada bədxah düşmənlərimizin aktivlik nümayiş etdirməsi və ən əsası, Münsiflər Heyətinin yeddi üzvündən üçünün erməni olması idi. Buna baxmayaraq, Əminə Yaqut istedadını ortaya qoyaraq öz yaş kateqoriyası üzrə uğur qazana bilib. Onun bu qələbəsi ermənilər tərəfindən də etiraf olunub. Festivalın Münsiflər Heyətinin üzvlərindən biri, ABŞ-da yaşayan dünya şöhrətli pianoçu David Aladaşvili səhnəyə qalxaraq azərbaycanlı şagirdi təbrik edib, onun valideynlərinə və müəlliməsinə öz minnətdarlığını bildirib.
D.Aladaşvili deyib: “Hər il bu festivalda iştirak edirəm, deyə bilərəm ki, Azərbaycan güclü musiqi ənənələrini qorumaqdadır. Bu, sizdə dövlət tərəfindən mədəniyyətə göstərilən yüksək qayğının nəticəsidir. Azərbaycanlı şagirdlərin ifaları çox xoşuma gəldi, onları gələn il yenə bu yarışmada gözləyirik”.

Şagirdi festivala hazırlaşdıran pedqoq musiqi məktəbinin müəllimi İradə Abdullayeva olub. Pedaqoq təəssuratlarını belə açıqlayıb:


“Bu yarışmada Azərbaycanımızın, şəhərimizin adının yüksəldilməsi üçün var gücümüzlə çalışdıq. İnanırdım ki, şagirdlərimiz gözəl nəticələr göstərəcəklər. Xüsusən, Əminə Yaqutun ifaları çox ugurlu alındı və Münsiflər Heyətində ermənilərin olmasına baxmayaraq qalib seçildi. Şadam ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı”.

Qubadlı Rayon Mədəniyyət və Turizm İdarəsi, eləcədə musiqi məktəbinin rəhbərliyi şagirdlərin festivala ciddi hazırlaşmaları üçün lazımi təşkilati dəstəyini əsirgəməyib.

Qaliblər festivalın fəxri diplomları ilə təltif olunublar.


Qeyd edək Əminə Yaqut Nəsirli Füzuli rayonundan olan jurnalist Nicat Nəsirlinin qızıdır. Nicat Nəsirli Azərbaycan Televiziyasında çalışır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Fərqanə Qasımova da “Sığmazam”ı oxudu - VİDEO
18.11.2019
2 milyon şəxsi "zir-zibil" adlandırmışdı - Tünzalə ittihamlara cavab verəcək
18.11.2019
Anarın qəribə yuxusu: Sabitoğlunun qəfil ölümü... - 8 fakt
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb