Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6651

Digər sorğular

“Jurnalistika“ ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

17:17  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III ixtisas qrupunun abituriyentləri iyulun 21-dən 24-dək http://eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.


Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 29-da keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), bakalavrların yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradakı müvafiq keçidlərdən istifadə edib tanış ola bilərsiniz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Sabahın hava proqnozu açıqlanıb
17.01.2020
Gəncədə polislə silahlı qarşıdurmanın görüntüləri yayımlanıb - VİDEO
17.01.2020
Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir
16.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib
16.01.2020
Vəkilovların nümayəndəsi də namizəd oldu