Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Paytaxtda qanunsuz ağac kəsilməsilə bağlı Baş Prokurorluğa müraciət edildi

16:14  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər

İyulun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub.


Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb.

Qaziler.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 08.07.2017-ci il tarixli 251 nömrəli sərəncam ilə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb və sözügedən şirkət tərəfindən yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlanılıb.

Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib