Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Taleh Bağırov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib

02:16  |    21 İyul 2017  |   E-mail  |  Çapa göndər


Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları çəkilən şəxslər həbs edilib.

Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Dövlət Statsitika Komitəsinin "siyahıyaalma oyunu"... (İDDİA)
14.10.2019
“Azəriqaz” yenilənən sayğacların sayını açıqlayıb
14.10.2019
Akademik Vasim Məmmədəliyev dəfn olunub - FOTOSESSİYA - YENİLƏNİB-1
14.10.2019
Vilayət Eyvazov daha bir rəis təyin etdi
14.10.2019
Azərbaycan-İran sərhədində insident: bir sərhədçimiz yaralanıb