Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Fləş-yaddaş-ın hazırlanması üçün maqnit karbon nanoborular alınıb

20:15  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində A-CVD metodu ilə daxilində çoxlu Fe-dəmir atomları olan karbon nanoborular alınıb.

Mərkəzdən verilən məlumata görə, sözügedən karbon nanoborular da çox güclü ferromaqnit xassələri kəsb edirlər. Qeyd edək ki, bu tip maqnit materiallar mikro və nanoelektronikada xüsusi əhəmiyyət kəsb edirlər. Əsas perspektiv isə bu tip maqnit karbon nanoborulardan fləş-yaddaş elementləri hazırlana bilər ki, bunlar da vahid sahədə tutumu on dəfələrlə artıra biləcəkdir.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində, həmçinin, karbon nanoborular əsasında istilik keçirici suda və orqanik mayelərdə, antifriz suspenziyalar (qatışıq) alınıb. Bu alınan karbon nanoboru əsaslı suspenziyalar avtomobil mühərriklərinin soyudulmasında və bu tipli digər mühərriklərin soyudulmasında istifadə perspektivliklərinə malikdirlər.

LED əsaslı daxili işıqlanma üçün nəzərdə tutulan nanophosphor nümunələr daha səmərəli və yeni texnologiya olan kombuşn metodu ilə alınıb ki, bunların da rəng temperaturu (~4000K) və rəng ötürmə indeksi (~80) təyin edilib. Bu isə mavi rəngli LED çiplərlə həyəcanlanaraq daxili işıqlanmada istifadə oluna bilən ən yüksək göstəricilərə malikdir və əlavə ikinci tip qırmızı rəngli fosfor material tələb etmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO