Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Şəki teatrında türkiyəli dramaturqun əsəri səhnələşdirilib

14:13  |    20 İyul 2017  |   E-mail  |  Çapa göndər

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı sənətsevərlərə yeni səhnə əsərini – türkiyəli dramaturq Hidayət Sayının “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.


Tamaşaya keçirilən ictimai baxışda şəhər rəhbərliyi, teatrsevərlər iştirak ediblər.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmmədova, Fidan Lətifova, Nərmin Abbasova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Günel Xasməmmədova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevdir.

Uğurla başa çatan ilk tamaşanın sonunda teatrın baş rejissoru Mirbala Səlimliyə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Teatrın yaradıcı kollektivi bu səhnə əsəri ilə Türkiyədə, o cümlədən türkdilli ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə, festivallarda iştirak etməyi planlaşdırır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var