Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Qeyri-dövlət pensiya fondları haqqında müzakirələr aparılıb

18:47  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, 29 aprel 2015-ci il tarixdə “Fairmont Baku” otelində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin konfransı keçirilib. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin çərçivə planının müzakirə olunduğu tədbirdə bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Konfransda açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşdur və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur.
Fond sədri qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.
Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması ilə yanaşı, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi də islahatların əsas vəzifələri kimi çıxış edir.
Qeyd olunub ki, könüllü sosial sığortanın tətbiqi, bu əsasda əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi üçün islahat tədbirlərinin reallaşdırılması mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır ki, bu da beynəlxalq təcrübə öyrənilməklə hərtərəfli araşdırmaların aparılmasını zəruri edir.
Salamlama çıxışları ilə davam edən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel hər iki ölkənin müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayaraq ölkəmizdə pensiya təminatı sahəsində islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib. BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün vacib önəm daşıdığını bildirib. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli dövlətimizin yürütdüyü siyasətin əsas məqsədinin sosial müdafiənin gücləndirilməsi olduğunu qeyd edərək bildirib ki, növbəti mərhələdə sığorta-pensiya sistemində nəzərdə tutulan islahatlar sosial ədalətin gücləndirilməsi, pensiya təminatı sahəsində yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, həyata keçirilən islahatların sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev nəzərdə tutulan pensiya islahatlarının mühüm önəmindən bəhs edib.
Layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində fəaliyyət göstərən birgə layihənin uğurla davam etdirildiyini qeyd ediblər.
Sonra tədbirin davamında təqdimatlar nümayiş etdirilib. Öncə layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks çıxış edərək layihənin icra vəziyyəti, ötən dövrdə görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Növbəti çıxış edən Latviyanın Rifah Nazirliyinin Sosial sığorta departamentinin direktoru Jana Muizniecenin təqdimatı sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi məsələlərini tənzimləyəcək qanunvericiliyin çərçivə planına həsr olunub. Daha sonra Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena təqdimatla çıxış edərək tədbir iştirakçılarını qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyəti ilə bağlı qanunvericiliyin çərçivə planının təfərrüatları ilə tanış edib. Tədbirin davamında Almaniya Pensiya-Sığorta Federal İnstitutunun Tədqiqat və İnkişaf departamentinin ekspert məsləhətçisi Markus Sailer “Adekvat pensiyanın təmin edilməsində sahəvi pensiyaların rolu” mözusunda və DSMF-nin Proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev “Azərbaycanda könüllü sosial sığortanın tətbiqinin aktual məsələləri” mövzusunda geniş təqdimatlar ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi