Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

AMEA-nın illik ümumi yığıncağı keçirilir

17:07  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, AMEA-nın prezidenti Akif Əlizadə, AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatların nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.

İlk olaraq qonaqlar AMEA-nın elmi müəssisə və təşkilatlarının 2014-cü ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olub. Elmi nailiyyətlərin sərgisində təqdim edilmiş materiallar maraqla qarşılanıb.

Ümumi yığıncağın rəsmi hissəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin akademiyanın 2014-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib. Akademik vurğulayıb ki, alimlərimizin əməyi nəticəsində əvəzedilməz təbii sərvət kimi neft Azərbaycanın inkişafına, iqtisadiyyatın şaxələnməsinə, biliklər cəmiyyətinin formalaşmasına yönəldilib. Müstəqil Azərbaycanda dövlət siyasətinin əsas strateji xəttini biliklər iqtisadiyyatının qurulması, intellektual inkişaf modelinin bərqərar edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi təşkil edir. Ölkə başçısının “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir!” çağırışı da belə bir strateji inkişafın əsas hədəfinin göstəricisidir.

A.Əlizadə əlavə edib ki, ölkənin belə sürətli inkişafı, xüsusən biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur və AMEA-nın ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məhz ölkənin ümumi inkişaf strategiyası kontekstində dəyərləndirilməlidir. Keçən il aprel ayında Akademiyanın ümumi yığıncağında proqram xarakterli qərar qəbul edildiyini qeyd edən A.Əlizadə həmin vaxt qarşıya qoyulan məqsədlər istiqamətində bir sıra işlər görüldüyünü deyib. Bildirib ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub.

Qeyd edək ki, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı