Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Nazirlik Prezident təqaüdü alanların saynı açıqladı - 53012 nəfər

16:59  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü təyin olunaraq ödənilən şəxslərin sayı hazırda 53012 nəfər təşkil edir.

Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlarla ötən ilin aprel ayının əvvəlindən ayrı-ayrı təbəqələrdən olan vətəndaşlara təyin olunmuş Prezident təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Bununla da ötən ilin ilk rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% çox olub. Eyni zamanda, ötən il aprelin 1-dən I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara, cari ilin əvvəlindən isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də Prezident təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 18136 nəfər (52%), bu təqaüdlər üçün dövlət büdcəsindən yönəldilən vəsait isə 5,3 milyon manat və ya 35,4% artıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb