Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Leonid Kuçma: “Biz Rusiya ilə müharibə apara bilmərik, bu, mümkünsüzdür”

15:58  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

“Ötən il Rusiya ilə ticarət əlaqələrində 3 milyard dollar itirmişik”

“Ukraynada hansısa hərbi, mülki qarşıdurma getmir. Bu, doğrudan da müharibədir. Separatçıların arxasında Rusiyanın peşəkar ordusu dayanır. Biz heç vaxt belə bir müharibənin olacağını təsəvvür edə bilməzdik. Ötən il biz Rusiya ilə ticarət əlaqələrində düz 3 milyard dollar itirmişik”.

APA-nın xəbərinə görə, bunu Bakı III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib.

L. Kuçma bildirib ki, Rusiya Ukraynanı özündən uzağa buraxmaq istəmir: “Bunu hamı bilir. Geosiyasi cəhətdən Rusiya və Ukrayna bir-birinə bağlıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, üstəgəl Ukrayna problemi... Hazırda heç kimdə “Beynəlxalq qurumlar nəsə edə bilər” fikri yoxdur. Biz Rusiya ilə müharibə apara bilmərik, bu, mümkünsüzdür. Başqa yollar axtarmalıyıq. Bizim qarşımıza sülh üçün qəbul olunmaz şərtlər qoyulub. Dünən burada Rusiya nümayəndəsi Ukraynanın gələcəkdə federasiya olacağını dedi. Onun diqqətinə çatdırmaq istəyirəm ki, tarixdə heç bir ölkədə federasiya yuxarıda yaranmayıb, federasiya həmişə aşağıdan yaranıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
Rusiya erməni müxbiri deport edir – Qalmaqal
04.07.2020
Erməni terrorçu ABŞ prezidentini niyə öldürmək istəyib - Saakaşvilidən açıqlama
04.07.2020
Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia irəli sürdü
04.07.2020
Koronavirus mutasiya nəticəsində aqressivləşib? - ÜST-dən açıqlama
04.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb - STATİSTİKA