Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

İctimai birliyin sədri bahalaşmaya görə prezidentə müraciət etdi - “ÇOX TƏHLÜKƏLİDİR“

13:17  |    15 İyul 2017  |   E-mail  |  Çapa göndər


"Əsgər Ailələrinə Dəstək İctimai Birliyi"nin sədri Mətanət Əsgərqızı Azərbaycan prezidenti İlham Əliyeva müraciət edib.

Müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Müraciət

Hörmətli cənab İlham Əliyev!

Siz bilirsiz ki, xalqımız kritik anlarda vaxtilə ulu öndər Heydər Əliyevin, daha sonralar hər prezident seçkisində Sizin yanınızda oldu. Prezidentimiz- deyib, ətrafınızda sıx birləşdik. Lakin cənab İlham Əliyev, xəbəriniz varmı xalqımız necə yaşayır??? Haqları ,hüquqları necə pozulur??? Dəniz bizim deyil. Kürü bizim deyil. İstirahət məkanlarında dincəlmək bizlik deyil. Maaşlarımız çox aşağı, müalicə haqlarımız sıfıra bərabər, şəhid, əlil və müharibə veteranlarına hər addımda hörmətsizlik, siyahını uzada bilərəm. Müharibəyə cəlb olunmuş ölkənin hər bir vətəndaşının əhvalı, dolanışığı yüksək olmalıdı ki, o düşmənə qalib gəlsin. Bank borcunda məhv olan, tez-tez baş verən qiymət artımlarında insanlar ancaq özlərini, ailələrini düçünməyə başlayıblar. Və ən qorxunc olan "hər şey cəhənnəmə olsun" ifadələrini insanlar daha çox işlətməyə başlayıblar. Niyə,çünki insanlar madiyyatla sınağa çəkiliblər. Bu çox təhlükəlidir.
Hörmətli cənab İlham Əliyev! Bilirəm, sizə "millət əla yaşayır " arayışlarını tez-tez verirlər. Sabun köpüyündən ibarət siyahılar təqdim olunur. Çünki toxun acdan xəbəri yoxdur. Nəhayət, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün addımların atılması gərəkli deyilmi??? Neft ölkəsində qaz və benzinin qiymətinin belə yüksək olması nə qədər doğrudur???
Mən həyət evində yaşayıram. Qazın qiymətinin artmasından sonra limit qoyuldu, 1800 kub, bilirsizmi belə evlərdə yaşayanlara iki aya kifayət edir.Bəs sonra, aldığımız maaş ançaq kommunal xərclərə kifayət edir. Son benzin artımı ölkədə hər şeyin 50% artması deməkdir. Vətəndaşlar belə dönəmə girməyə hazırdılarmı? Əmrlər, qərarlar, sərəncamlar imzalanarkən ilk olaraq bunlara diqqət yönəldilməlidir. Əks halda bu millətin dözümünün əbədi olacağına heç kim əmin olmasın. İnanıram ki, nəhayət çoxsaylı problemlər içərisində inləyən vətəndaşlarımızın həyat səviyyəsini yüksəldilməsi üçün addımlar atılacaq.
Dəyərli Prezidentimiz, bu müraciət bilirəm, birmənalı qarşılanmayacaq.Yaltaqlar, qorxaqlar hərəsi bir söz deyəcək.Amma dürüst və sədaqətli insanlar sözün düzünü deməlidilər. Mən də sizə hörməti və sevgisi olan bir Azərbaycan vətəndaşı kimi fikirlərimi bölüşdüm.Mən sizə güvənirəm, çünki bilirəm ki, xalqımızın yaşayışının hər zaman yüksək olmasını istəyən bir dövlət rəhbərisiz. Bir daha inanıram ki, vəziyyətin düzəlməsi üçün addımlar atılacaq.Çünki nicatımız birlikdədir.
Sayğıyla Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı

15.07.2017"

Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir