Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Yol polisindən sürücülərə xəbərdarlıq

00:39  |    15 İyul 2017  |   E-mail  |  Çapa göndər


Baş Dövlət Yol Polisi İdarəsi sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Axşam.az xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 17-dən Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.

Reydlər zamanı sərnişin və yük daşımaları sahəsində çalışan sürücülərin iş və istirahət rejiminə əməl etmələrinə ciddi nəzarət olunacaq, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi, fərqlənmə nişanı, marşrut kartı olmayan, avtovağzallarda müvafiq sənədləşmə aparmadan şəhərlərarası sərnişin daşıma fəaliyyəti göstərən, reysqabağı tibbi müayinədən keçməyən, eləcə də avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması qaydalarına riayət etməyən və ümumilikdə daşıma qaydalarının pozulması hallarına yol verən fiziki və hüquqi şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir