Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Türkiyəli zabitlərin ölkəmizə səfəri başa çatıb

20:38  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.


Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama əsasən Bakıda səfərdə olan qonaqlar Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət ediblər.



Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Xalçaçılıq muzeyinə baş çəkərək burada toplanan zəngin sənət nümunələri ilə tanış olublar.

Qonaqlar xalqımızın zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb, son illər paytaxtımızda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, ölkəmizə təşkil olunan ongünlük səfər çərçivəsində Bakı, Gəncə, Şəki, Göygöldə olan türkiyəli zabitlər və onların ailə üzvləri xoş təəssüratlarla vətənə dönüblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir