Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

“Terrorizm bəşəriyyətə qarşı cinayətdir” - Anar Ələkbərov

16:45  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir”.


Qaziler.az Lent.az-a istinadən bildirir ki, bunu Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı mərasimində bildirib.

A.Ələkbərov ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktının törədilməsindən söz açaraq, Azərbaycanın öz yaşadıqlarından terrorizmin, günahsız insanların həlak olmasını ağrı və acılarını yaxşı anladığını qeyd edib.

“Ermənistan ordusu Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq təxribatlar törədir. 10 gün əvvəl Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı körpə bir uşaq, Zəhra Quliyeva öldürülüb”, - deyə A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısıdır və irqi, milli, dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur.

“Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Biz inanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək insan təhlükəsizliyinə, demokratik dəyərlərə, vətəndaşların hüquq və azadlıqlarına hədə olan, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”, - deyə A.Ələkbərov qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."