Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Prezident “Təhsil haqqında” qanuna dəyişiklikləri imzalayıb

16:09  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Qaziler.az “Report”-a istinadən xəbər verir ki, sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək (İndiyədək yaınız ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilirdi).

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək
17.10.2019
Sabahın hava proqnozu
17.10.2019
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi