Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Kollecə daxil olmaq istəyən bu xəbəri mütləq oxusun

02:01  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər


Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyənlər üçün müsabiqə şərtlərini açıqlayıb.

Komissiyadan Axşam.az-a verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılır. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.

Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcək. Qabiliyyət imtahanları isə 25 iyul-3 avqust tarixlərində keçiriləcək.

11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19 avqust tarixlərində aparılacaq.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.

Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcək. Qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcək.

9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul-6 avqust tarixlərində aparılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir