Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

NATO Rusiyaya savaş elan edir?

03:30  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

NATO-nun aktiv qüvvələrinin sayı 2 dəfədən çox - 13 mindən 30 min hərbçiyə qədər artırılacaq.

ANS PRESS-in məlumatına görə, bu haqda hərbi blokun baş katibi Yens Stoltenberq danışıb.

Alyansın saytında bildirilir ki, belə bir qərarın qəbul edilməsinə səbəb dünyada yaranan yeni təhlükələrdir.

"Biz Avropada təhlükəsizlik məsələsində kəskin dəyişikliklərlə rastlaşdıq", - deyən NATO başçısı Rusiyanı Ukraynaya qarşı təcavüzkarlıqda ittiham edib. Yens Stoltenberq həmçinin bildirib ki, Avropada da 5 min hərbçidən ibarət əlavə aktiv qüvvələr qrupunun yaradılması planlaşdırılır.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında NATO-ya üzv dövlətlər Avropada aktiv qüvvələrin tərkibində artırılmış hərbi hazırlıqlı qrupun yaradılması haqqında təklifi qəbul etmişdilər. Həmin hərbi qruplaşmanın böhran olan ərazilərə göndərilməsi nəzərdə tutulmuşdu. Dekabrda isə Alyans Almaniya, Niderland və Norveçin Hərbi Qüvvələrindən ibarət yüksək hazırlıqlı keçid qrupunun yaradılmasını razılaşdırmışdı. Fevralda həmin hərbi qrupun meyarları da müəyyənləşdirilmişdi. Qrupun 5 minlik quru kontingentindən yaradılması qərara alınmışdı. Yeni yaradılacaq hərbi qrupun hava, hərbi-dəniz və xüsusi təyinatlıların dəstəyilə yaradılması nəzərdə tutulurdu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır