Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

“Ağ ölüm” haqqında çəkilən filmin təqdimatı keçirilib - FOTO

22:09  |    13 İyul 2017  |   E-mail  |  Çapa göndər


“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ağ ölüm-narkomaniyaya qarşı mübarizə tədbirləri” layihəsi cərcivəsində hazırlanan filmin Bakı şəhərində ilk təqdimatı kecirilib.

15.04.2017-15.07.2017-ci il tarixlərində (3 ay) həyata kecirilən layihə çərçivəsində narkomaniyadan əziyyət cəkənlərin statistik məlumatlar toplanıb, bu hallara qarşı mübarizəni özündə əks etdirən 24 dəqiqəlik sənədli film hazırlanıb.Təqdimat mərasimində Layihənin rəhbəri Həsən İsgəndər görüşün məqsədi və vəzifələri haqqında danışaraq bildirib ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir.Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir.O vurğulayıb ki,filmin cəkilməsində əsas məqsəd gənclər arasında maarifləndirmə işinin aparılmasi və onları bu bəladan xilas etməkdir.Filmdə real olaraq narkomaniyadan əziyyət cəkən müsahiblər narkotik maddələrin onların həyatını necə məhv etdikləri barədə danışaraq,gəncləri ümumiyyətlə narkotik vasitələrdən usaq durmalarını tövsiyyə ediblər.
Tədbirdə digər cixiş edənlər vurgulayıblar ki,narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.
Tədbir çərçivəsində ictimaiyyət nümayəndələri ilə fikir mübadiləsi aparıldı və sonda sənədli film nümayiş olundu.

Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələndi
06.06.2020
Avtobuslar ayın 8-də saat neçədən işləyəcəklər? - RƏSMİ CAVAB
06.06.2020
Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO
06.06.2020
Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi aşkarlandı
06.06.2020
Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət - VİDEO