Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6565

Digər sorğular

Bəzi nazirliklər ləğv ediləcək - Millət vəkili

18:00  |    13 İyul 2017  |   E-mail  |  Çapa göndər

Hökumətin tərkibində islahatların olacağı gözlənilir. Bəzi nazirliklər ləğv edilə və ya birləşdirilə bilər. Hazırda bu məsələlər gündəmdədir. Dəyişikliklərin edilməsi qaçılmazdır.

Bunu Azvision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputatın fikrincə, Azərbaycanda hökumət elə formalaşmalıdır ki, dünyada gedən iqtisadi təlatümlər fonunda çevik qərarlar qəbul etmək mümkün olsun.

“Cənab prezident islahatlara başlayıb. Bu yaxınlarda Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi. Həmçinin Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu islahatlar yalnız birləşdirmə və ləğvetmə ilə yekunlaşmır. Həmçnin yeni qurumlar yaradılır. Bu yaxınlarda Dövlət Reklam Agentliyi yaradıldı. Agentliyin yaradılması çox vacibdir və reklam sahəsində olan gəlirləri tənzimləyəcək.

Ümumilikdə, islahatlar davam edəcək. İslahatların aparılması Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. İslahatların birdən-birə aparılması müəyyən problemlər yarada bilər. O baxımdan sistemli şəkildə həyata keçirilir”.

V.Əhmədov qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə də ciddi islahatlar aparılır: “Bank sistemində islahatlat aparılır və proses davam edəcək. Sözsüz ki, biz bankların birləşməsinin tərəfdarıyıq. İslahatlar bütün sahələri əhatə edir və davamlı olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib