Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6955

Digər sorğular

İstefaya gedən general yola salındı

16:47  |    13 İyul 2017  |   E-mail  |  Çapa göndər

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilib.


DSX-dən Axar.az-a verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini və xatirə hədiyyəsini general-mayor Akif Şəfiyevə təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onu təbrik edərək müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin hazırlanmasında səmərəli fəaliyyətinə görə təşəkkür edib.

Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə, ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq edib, mənalı sərhədçi həyatı yaşadığına görə özünü xoşbəxt hesab etdiyini, bundan sonra da ölkəmizin tərəqqisi və inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Sərkisyanın qəfil Qarabağ səfəri: nəyə hazırlıq gedir?
10.07.2020
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
10.07.2020
Moskvadan ermənilərə qəzəbli mesaj: “Xəritəyə baxın!..”
09.07.2020
Rusiya Azərbaycanın təklifini dəstəklədi
09.07.2020
Zakir Həsənov Hulusi Akara başsağlığı verib