Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Ombudsman kəlbəcərli girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

00:00  |    29 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Ombudsman kəlbəcərli girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ötən ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək məqsədilə doğma yurd yerləri olan Kəlbəcərə gedərkən rayon ərazisində erməni hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini ilk vaxtlardan diqqət mərkəzində saxlayır. Belə ki, ombudsman onların girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquqi normalara uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Denis Durana müraciət etməklə yanaşı, bir qədər əvvəl Cenevrəyə işgüzar səfəri zamanı BQXK-nin baş iqamətgahında olub və bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə görüşüb. O, azərbaycanlı girovların qeyri-legitim məhkəmə tərəfindən əsassız mühakimə olunduğunu və onların fundamental hüquqlarının kobudcasına pozulduğunu rəsmi nümayəndənin diqqətinə çatdırıb.

Ombudsman habelə kəlbəcərli girovların ailə üzvləri - S.Musayev, Q.Həsənalıyev, A.Veselova və İ.Quliyevlə də görüşüb, problemləri və qayğıları ilə tanış olub.

Görüş zamanı girovların ailə üzvləri D.Əsgərov və Ş.Quliyevin məsələsinə obyektiv, qərəzsiz baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) etdikləri müraciətə üç aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də baxılmadığını bildiriblər.
E.Süleymanova vəziyyətlə bağlı, AİHM-nin sədri Din Şpilmana rəsmi qaydada müraciət ünvanlayıb. Həmin müraciətdə girovların heç bir dövlət tərəfindən tanınmayan separatçı rejim "Dağlıq Qarabağ respublikası"nın qeyri-legitim məhkəməsi tərəfindən mühakimə edilməsinin əsassız, beynəlxalq hüquqa zidd olduğu qeyd edilib, uzun müddət işlərinə məhkəmədə baxılmadan saxlanmasının girovların özlərinin, habelə onların ailə üzvlərinin psixoloji sarsıntı keçirmələrinə səbəb olduğu vurğulanıb.

Müraciətdə bildirilib ki, girov götürülmüş şəxslər doğma yurdlarına nostalji hisslərlə və valideynlərinin xatirəsini yad etmək üçün onların məzarlarını ziyarət etmək məqsədilə gediblər. Həmin şəxslərin bu zaman cinayət törətmədiyi, habelə onların qeyri-qənaətbəxş şəraitdə saxlanıldığı, girovluqda olduqları müddətdə işgəncə, qeyri-insani rəftara məruz qaldıqları, vəkillə təmin olunmadıqları, gündəlik məlumata çatımlıqlarının olmadığı, mütəmadi olaraq tibbi xidmətdən yararlana bilmədikləri qeyd edilərək, bütün bu faktların girovların nəinki beynəlxalq insan hüquqları, habelə humanitar hüquq norma və prinsiplərinə tamamilə zidd olduğu xüsusilə vurğulanıb. Eyni zamanda, müraciətdə bu hüquq pozuntuları ilə Avropa İnsan Hüquqlarına dair Konvensiyasının müvafiq olaraq, 3 (işgəncənin qadağan olunması), 5 (azadlıq və təhlükəsizlik hüququ) və 6-cı (ədalətli mühakimə hüququ) maddələrinin kobudcasına pozulduğu qeyd olunub.

Ombudsman AİHM-dən D.Əsgərov və Ş.Quliyevin məhkəmə işinə ədalətli baxılmasını və bu prosesin sürətləndirilməsini prioritet məsələ kimi nəzərə almasını, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul etməsini xahiş edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı