Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Millət vəkili Makedoniya prezidenti və birinci xanımı ilə Alxanlı faciəsini müzakirə edib

17:55  |    12 İyul 2017  |   E-mail  |  Çapa göndər

İspaniyada keçirilən beynəlxalq forum çərivəsində millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti George İvanov və birinci xanım Maya İvanova ilə görüşüb.


Qaziler.az Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir və bütün sahələrdə əməkdaşlıq genişlənir. O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Millət vəkili görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından, beynəlxalq ictimaiyyətin bununla bağlı etirazını bildirməsinin vacibliyindən danışıb.

Prezident G.İvanov Azərbaycana səfəri çərçivəsində önəmli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq, iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Makedoniya prezidenti iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində millət vəkilləri, QHT və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük önəm daşıdığını vurğulayıb.

Millət vəkili Q.Paşayeva Makedoniyanın birinci xanımı M.İvanovaya Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Ölkələrin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu xüsusi vurğulanıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO