Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

“Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəyə dəstək verib” - Səfir

15:43  |    12 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib”.


APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, 15 iyul çevrilişə cəhd gecəsi Azərbaycan prezidenti İlham Əliyev dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib: “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”.

Diplomat dövlət çevrilişinə cəhd zamanı 250 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb: "Həmin gecə 2000-dən artıq vətəndaşımız isə yaralanıb. O gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Dövlət çevrilişinə cəhd edənlər insanlıq hisllərini itirərək, sadəcə Pensilvaniyadan əmr almaqla robot kimi hərəkət ediblər”.

E. Özoral qeyd edib ki, 15 iyul Türkiyə demokratiyası üçün mühüm sınaq olub: “Türkiyə vətəndaşları tək ürək, tək bədən oldu. Çevrilişə cəhd edənlər özünü Məsih, peyğəmbər elan etmiş bir adamın qullarına çevriliblər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Əsgər dostları türk şəhidin son görüntüsünü paylaşdı - VİDEO
06.06.2020
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
06.06.2020
Kaliforniyada polislərə boğucu üsulun təlimi dayandırıldı
06.06.2020
Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad etdi - FOTO
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır