Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Argentina senatoru Ermənistanın Alıxanlı kəndində törətdiyi təxribatı pisləyib

14:34  |    12 İyul 2017  |   E-mail  |  Çapa göndər

Argentina senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.


Qaziler.az APA-ya istinadən bildirir ki, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Argentinadakı səfirliyinə göndərilib. Argentina Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri Maria Ester Labado tərəfindən hazırlanan məktubda Fizuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüf ifadə olunur.

“Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir,”- deyə senator məktubda bildirib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Əsgər dostları türk şəhidin son görüntüsünü paylaşdı - VİDEO
06.06.2020
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
06.06.2020
Kaliforniyada polislərə boğucu üsulun təlimi dayandırıldı
06.06.2020
Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad etdi - FOTO
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır