Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Ləğv olunmuş məşhur azərbaycanlılar Konqresi bərpa olunur

03:13  |    12 İyul 2017  |   E-mail  |  Çapa göndər


Artıq 4 ildir ki, fəaliyyəti dayanan Ukrayna Azərbaycanlıları Konqresi (UAK) bərpa olunur.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, UAK-nin regionlar üzrə şöbələri toplanaraq, seçki yığıncağı keçirib, Ukraynanın Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müracitə etmək istəyir.

Diasporadan əldə etdiyimiz məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini bərpa etməsinə Azərbaycan hökuməti də müsbət rəy verib.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycanın ümumilli lideri Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə 1999-cu ildə dünyada ilk azərbaycanlıların konqresi olaraq yaradılıb.

Konqres uzun zaman uğurlu fəaliyyət göstərib və Ukraynada Azərbaycan diasporunun ən aktiv formaya gəlməsinə səbəb olub. Konqresə ardıcıl olaraq Tələt Əliyev, Oqtay Əfəndiyev, Akif Gülməmmədov və İlqar Abbasov rəhbəlik edib.

2011-ci ildə Ukraynada Azərbaycan diasporu arasında yaranan ziddiyət səbəbindən Konqresin fəaliyyəti 2012-ci ildən faktiki olaraq dayanıb. Növbəti ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytından UAK-ın adı və ünvanı çıxarılıb. Bundan sonra Ukraynada bir neçə xırda təşkilatlar yaranıb. Bunların arasında hazırda Ukrayna üzrə Kiyevdə yeganə rəsmi ofisi olan və əsas azərbaycanlıların toplaşdığı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporudur.

Onu da bildirək ki, Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin vəhşicəsinə öldürülməsinə bütün dünya diasporu kütləvi halda etiraz etdiyi halda, Ukraynada olduqca zəif etirazın təşkil olunması bu ölkədə yaşayan azərbaycanlıların qınağına səbəb olub. Vaxtı ilə dünyada Azərbaycan diasporu arasında aktivliyi ilə sçilən UAK-ın yerindən yaradılmasını zəruri edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO